08 Sentyabr 2024 03:40

Yazıçı-araşdırmaçı Rafiq Hacıyev vəfat edib

Azadsöz.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, araşdırmaçı Rafiq Hacıyev vəfat edib.Bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

O, yazıçının bu gün vəfat etdiyini deyib.

Qeyd edək ki, Rafiq Hacıyev publistik və ədəbi-bədii yazılarına görə “Həsən bəy Zərdabi”, “Cəfər Cabbarlı”, “Rəsul Rza” Ədəbi mükafatlarına layiq görülüb.