Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Bu barədə Azadsöz.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.
Hərbi hissənin xidməti otaqları kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.