05 May 2024 10:14

Fərqliliyimiz Uğurumuzdur

Namiq Qaraçuxurlu seriala çəkiləcək

Azadsöz.az xəbər verir ki, meyxanaçı Namiq Qaraçuxurlu bundan sonra Türkiyədə şirkətlə çalışacaq. Sənətçi Azərbaycanda verilişlərə qatılmaq üçün onlardan icazə alacaq. Bu haqda “10-da görüşək” verilişində danışan Namiq bunları əlavə edib:

“Verilişə gəlməzdən əvvəl orada prodakşına göstərirəm, icazə alıram. Elə bilirlər burada pul yığıb, Türkiyədə xərcləyirəm. Yox, burada qazandığımı bura verirəm. Orada dostlarım təklif etdi, mən də razılaşdım. Fərqlilik olur və keyfiyyət yaxşıdır. Orada filmə də çəkiləcəm. Çalışdığım studiya “Netflix”də seriallar çəkir. Onlardan birində çəkilmə planım var.

Orada aktyorluq təcrübəmdən istifadə edəcəm. Türkiyəyə gedəndə otelə qədər prodaqşın etdi. Hətta biletimi də alırdılar, imkan vermədim ki, özüm də nəsə edim