08 Sentyabr 2024 03:27

Şəhid Eldar Şirinovun ad günü qeyd edilib-FOTO

Azadsöz.az  xəbər  verir  ki, iyulun 12-də  İkinci  Vətən müharibəsində şəhid olan  Göyçayın Çərəkə kənd sakini Şirinov  Eldar Bağır oğlunun ad günü Çərəkə kənd Şəhidlər xiyabanında məzarı önündə qeyd olunub.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar  və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.Daha  sonra Rayon İcra Hakimiyyəti başçısı Mehdi  Səlimzadə çıxış edərək, şəhidimizin  keçdiyi  döyüş  yolundan, qəhrəmanlıq  əzimkarlığından söhbət  açıb.Mərasimdə çıxış edən digər şəxslər şəhid Xəyyam Hüseynovla bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda şəhidimizin ailə üzvləri  ailələrinə göstərilən diqqət və qayğıya görə  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildiriblər.

Xatırladaq ki, Eldar Şirinov oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Prezident İlham  Əliyevin sərəncamına  əsasən, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.