Azadsöz.az xəbər verir ki, bu gün rayon Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilib.Şura iclasında icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri və şura üzvləri iştirak ediblər.İclasda “Rayon ərazisində ipəkqurdlarının becərilməsinin yekunları barədə” və “Şəhər əhalisinin içməli su ilə təminatının vəziyyəti haqqında” məsələlər müzakirə edilib.
İclasda rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov müzakirəyə çıxarılmış məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar 2021-ci ildə rayona 350 qutu 6650 qram dirildilmiş halda ipək qurdu toxumu gətirilərək 25 kənd inzibati ərazi dairələri üzrə 215 kümçüyə təhvil-təslim aktı ilə təhvil verilərək “Azəripək” MMC ilə istehsal olunacaq yaş baramanın qəbul olunması ilə bağlı müqavilə bağlanıb.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən kümdarlara ipəkqurdlarının mövcud qaydalara uyğun becərilməsi ilə bağlı müəyyən təlimatlar verilib, bir çox kümdarlar tərəfindən bol məhsul əldə edilib və 10322,5 kq yaş barama istehsal edilib.Bununla yanaşı bəzi icra nümayəndələri və bələdiyyələr tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsində geriliyə yol verilib”.
Bununla yanaşı iclasda şəhər əhalisinin içməli su ilə təminatının vəziyyəti haqqında məsələ müzakirə edilib.Bu sahədə aşkar edilən nöqsanlar ətraflı təhlil edilərək və vəziyyətin yaxşılaşdırılması üçün müavfiq qərar qəbul edilib.
Şuranın iclasında həmçinin peyvəndləmə prosesinin gedişi, əkin sahələrinin suvarma suyu ilə təminatının vəziyyəti, yanğına qarşı görülmüş tədbirlər haqqında məsələlər də müzakirə olunub.
İclasın sonunda rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Şura iclasının gündəliyinə daxil olan məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, müzakirə olunan məsələlər ilə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edilib.