11 May 2024 20:36

Fərqliliyimiz Uğurumuzdur

“Barselona”dan “Real”a bu oyunçu transfer olunub-FOTO

Azadsöz.az  xəbər  verir  ki,“Real” “Barselona”nın gənclər komandasının sabiq kapitanı Jayme Jardini transfer edib.

19 yaşlı hücumçu Madrid təmsilçisinə azad agent kimi keçib. O, yeni mövsümə “Real”ın gənclər komandası olan “Kastilya” ilə hazırlaşacaq.

Qeyd edək ki, J.Jardi ötən mövsüm “Barselona”nın U-19 komandasının kapitanı olub. İspan oyunçu klubla iyunda başa çatan müqavilənin müddətini yeniləməyib.