23 Noyabr 2024 11:22

Bu gün əməkdar artist Xanım Qafarovan ildönümüdür-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, bu  gün görkəmli teatr və kino  aktyoru, Azərbaycanın əməkdar artisti Xanım Qafarovan ildönümüdür.Xanım Əbdülqafar qızı Qafarova 1967-ci ildə anadan olub. Xanım Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olub.

Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olmuş, bu zaman “Bahar suları” əsərində Turac, “Mənim nəğməkar bibim”də Nəğməkar bibi, “Kişilər”də Səmayə, “Aydın”da Gültəkin, “Oqtay Eloğlu”nda Firəngiz, “Yad qızı”nda Nazan, “Mavi Mazurka”da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynayıb.

1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olmuş, hələ ikinci kursda oxuyarkən “Tənqid-Təbliğ” teatrında işləməyə başlayıb.Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb etmiş, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşib. Burada o R. Əhmədzadənin “92 dəqiqə gülüş” tamaşasında Balaxanım, “Hələlik”də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun “Uca dağ başında” əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa edib. Bundan başqa “Heç cür qana bilmirəm”, “Bir gün sizinlə”, “Bir başqa gecə” və s. şou-konsert proqramları ilə Bakının möhtəşəm sarayları ilə yanaşı Respublikanın əksər kənd və rayonlarında maraqlı və uğurlu çıxışlar edib.

1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa “O olmasın bu olsun”da Gülnaz, “On min dollarlıq keyf”də Bağdagül, “Nəğməli könül”də Könül, “Hərənin öz ulduzu”nda Məleykə, “Səhnədə məhəbbət”də Röya, “Bankir adaxlı”da Məleykə, “Məhəbbət oyunun”da Qəmər, “Dəli dünya”da , “Talelər qovuşanda” əsərində Sona, “Aldın payını, çağır dayını” tamaşasında xəbərçi Xədicə, “Şeytanın yubileyi”ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanıb. O, 1997-ci ildə “Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat”a, 2000-ci ildə sənət sahəsindəki mesanatlıq fəaliyyətinə görə Gənclər təşkilatının fəxri diplomuna layiq görülüb. 2001-ci ilin yekunlarına görə XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə (İlin Aktrisası nominasiyası üzrə) təltif edilib.

Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Gözəl, güclü, məlahətli səsə malik olan Xanım Qafarova teatr fəaliyyəti ilə yanaşı müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edir, paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olur. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktirisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatı  ilə  təltif  edilib.

Qeyd  edək  ki, süd vəzisi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişib.

Oxu.az - Mən günəşi izləyən qara bulud kimiyəm: Xanım Qafarova belə deyirdi – FOTO + VİDEO

Xanım Qafarova FOTOLARDA

Fayl:Xanim Qafarova.jpg — Vikipediya

Дочь покойной актрисы Ханым Гафаровой снимается в фильме Махсуна Гырмызыгюля – ФОТО – ВИДЕО | 1news.az | Новости

Xanım Qafarova Sənubər İskəndarli ilə arasındakı "qalmaqaldan" danışdı - FOTO

Ankara escort İstanbul Travesti Shemale İstanbul