Azadsöz.az xəbər verir ki, Türkiyədə Azərbaycan əsilli milyarder Telman İsmayılovun atasının adını daşıyan və tikintisi 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən yeddiulduzlu “Mardan Palace”in daxilindəki “Mardan Stadium” satışa çıxarılıb.
Buna səbəb T.İsmayılovun uzun müddətdir borcunu ödəyə bilməməsidir.Sözügedən “Mardan Stadium” İstanbul Anadolu 3-cü İcra Ofisi tərəfindən hərraca qoyulub.Hərrac iyulun 28-də İstanbul Anadolu Ədliyyəsində baş tutacaq. Stadion 178 milyon 854 lirə qarşılığında satışa çıxarılacaq. 102 min 645 kv.m-lik ərazidə inşa edilmiş “Mardan Stadium”da idman kompleksi və bazalar, 2 futbol meydançası, 5 tribuna, məşq meydançaları mövcuddur.
Qeyd edək ki, 2015-ci ildə T.İsmayılov borclarının müəyyən qismini ödədiyi üçün “Mardan Palace”in satışı dayandırılmışdı.