Bakıda iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir.
Bu barədə Azadsöz.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Belə ki, bu gündən 39 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların hərəkətinə (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) dəyişiklik edilərək Parlament prospekti, İzzət Nəbiyev küçəsindən keçməklə Abbasqulu Abbaszadə küçəsinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib.
169 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqaməti isə (Binə Atçılıq – Ulduz m/st.) “Koroğlu” NMM-dən keçməklə təşkil edilib.
Həmçinin dəyişikliyə əsasən marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziydə də fəaliyyət göstərəcək. Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.