Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif olunanlar arasında Polkovnik-leytenant Xəlilov Vidadi Vaqif oğlu da var.
Polkovnik-leytenant Vidadi Xəlilov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Qeyd edək ki, Polkovnik-leytenant Vidadi Xəlilov Laçın istiqamətində gedən döyüşlərdə 31 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olaraq, şəhadətinə qovuşub.Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Xatırladaq ki, bununla yanaşı Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov Cəbrayılın,Qubadlının, Laçının azad olunmasında göstərdiyi qəhrəmanlığına,şücaətinə görə prezident İlham Əliyevin 24.12.2020 ( “Cəbrayılın azad olunmasına görə” ); 29.12.2020 ( “Qubadlının azad olunmasına görə”) ; 29.12.2020 (“Laçının azad olunmasına görə”)- ci il tarixli sərəncamına əsasən, medallarla təltif olunubdur.