19 May 2024 07:54

Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat edib

Azadsöz.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qardaşı vəfat edib.

Şəhidin qardaşı Taleh Əkbərov Biləsuvarda qardaşının məzarının yanında dəfn edilib.

Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabr ayında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.