27 İyul 2024 03:50

İlham Əliyev İradə İbrahimova ilə bağlı sərəncam imzaladı

Azadsöz.az  xəbər  verir  ki, bu  gün Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İ. İbrahimova  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 illiyi münasibətilə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd  edək  ki,   İradə İbrahimova  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi   vəzifəsində  çalışır