07 May 2024 14:56

Fərqliliyimiz Uğurumuzdur

Hərbi Prokurorluq itkin düşmüş iki hərbiçilə bağlı-Açıqlama verdi (FOTO)

Hərbi Prokurorluq iki hərbçinin nəşinin tapılması haqda məlumat yayıb.

Prokurorluqdan Azadsöz.az -a verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

 

Prokurorluq iki hərbçinin nəşinin tapıldığınıaçıqladı