Azadsöz.az xəbər verir ki, Azərbaycan və Moldova arasında Kişinyovda keçiriləcək yoxlama görüşünə azarkeşlər buraxıla bilər.Kişinyov bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tribunaların tutumunun 50 faizinin azarkeşlərlə doldurmağa icazə verib.
Beləliklə, Moldova kubokunun finalı, eləcə də Moldova – Azərbaycan matçı azarkeşlərlə oynanıla bilər.
Qeyd edək ki, Moldova – Azərbaycan oyunu iyunun 6-da “Zimbru” stadionunda keçiriləcək.