21 May 2024 23:03

Vətən müharibəsində şəhid olan hərbçimiz II Fəxri xiyabanda dəfn olundu-FOTO

Azadsöz.az  xəbər  verir   ki, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.

Mayın 19-da doğulduğu Çadırlı kəndindəki ata ocağına gətirilən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb.