22 İyun 2024 20:02

“Neftçi”nin Çempionlar Liqasındakı potensial rəqibləri

Azadsöz.az  xəbər  verir  ki,“Neftçi”nin Çempionlar Liqasının I təsnifat mərhələsindəki 13 mümkün rəqibi bəllidir.

Püşkatmada səpələnməmişlərdən olacaq Azərbaycan çempionu daha reytinqli komandalardan biri ilə görüşəcək.

17 səpələnmiş klubdan yalnız dördü dəqiqləşməyib. Mümkün 13 komanda sırasında “Olimpiakos”, “Srvena Zvezda” və Zaqreb “Dinamo”su kimi güclü rəqiblər də var.

Qeyd edək ki, ilk 2 təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.

Çempionlar Liqası, ilkin mərhələ

Səpələnmiş

“HB Torshavn” (Farer adaları)
Qeyri-müəyyənlər
“Priştina” (Kosovo)
San-Marino çempionu
Səpələnməmiş
“İnter” (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Xorvatiya)
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)
“Lüdoqorets”  (Bolqarıstan)
“Malmö” (İsveç)
ÇFR (Rumıniya)
“Legiya” (Polşa)
“Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
“Slovan” (Slovakiya)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Jalgiris” (Vilnüs, Litva)

Qeyri-müəyyənlər

“Flora” (Estoniya)
“Buduçnost” (Monteneqro)
“Kayrat” (Qazaxıstan)
“Linkoln” (Cəbəllütariq)
İsrail çempionu
Sloveniya çempionu
Lüksemburq çempionu
Bosniya və Herseqovina çempionu
Ermənistan çempionu

Səpələnməmişlər

HİK (Finlandiya)
“Riqa” (Latviya)
“Şaxtyor” (Belarus)
“Neftçi” (Azərbaycan)
“Şemrok Rovers” (İrlandiya)
“Konnah” (Uels)
“Valyur” (İslandiya)
“Bodo Qlimt” (Norveç)
“Hamrun” (Malta)
İlkin mərhələnin qalibi
Albaniya çempionu
Şimali İrlandiya çempionu