08 Sentyabr 2024 04:48

İctimai nəqliyyat bərpa oluna bilər-Rəsmi açıqlama

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycanda ictimai nəqliyyatla bağlı məhdudiyyətlər aradan qaldırıla bilər.Bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də “Günə birlikdə başlayaq” verilişində bildirib.

Verilişdə diqqətə  çatdırılıb ki, ictimai nəqliyyatın da yavaş-yavaş bərpa olunması gözlənilir. Bununla bağlı rəsmi qərarları gözləmək lazımdır:

“Vətəndaşlarımızı narahat edən bir çox suallar var. Biz artıq bir ildir deyirik ki, normal həyatın da anlayışı dəyişəcək”.