Azadsöz.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondunda PR və Kommunikasiya üzrə coordinator – mətbuat katibi vəzifəsinə təyinat olub.Bu vəzifə Pərvin Məmmədovaya həvalə olunub.
“Qarabağ mövzusu hər bir azərbaycanlı kimi mənim üçün də çox həssasdır və bundan sonrakı mərhələdə kiçik də olsa, xidmətim olacağı üçün çox qürurluyam!
Əminəm ki, 44 günlük Vətən müharibəsində yumruq kimi birləşən xalq olaraq, bundan sonra Qarabağın dirçəlməsi uğrunda daha da sıx birləşəcəyik”,-deyə təyinatı barədə açıqlamasında Pərvin Məmmədova bildirib.
Qeyd edək ki, P.Məmmədova bundan əvvəl Odlar Yurdu Universitetinin, daha əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi vəzifəsində çalışıb.