Azadsöz.az xəbər verir ki, mayın 1-də Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları Kürdaşaban kəndində olublar.
Aztəminatlı ailə olan Kürdşaban kənd sakini Ceyhun Kərimovun mənzil şəraitini yaxşılaşdırmaq üçün həyətində 2020-ci il mart ayından Heydər Əliyev Fondunun dəstəyi hesabına yeni fərdi evin tikintisinə başlanıb.
Evin tikinti işləri ilə maraqlanan rayon rəhbəri işlərin qısa vaxt ərzində yekunlaşdırılması üçün bağlı müvafiq tövsiyyə və tapşırıqlarını verib.