27 İyul 2024 04:23

Putindən bayram təbriki

Azadsöz.az  Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Putin Rusiya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

Vladimir Putinin  təbrikində  deyilir: 

“Müqəddəs Ramazan ayı bitdi və Rusiya müsəlmanları çoxdan gözlənilən parlaq bayramı qarşılamaqdan məmnundurlar. Qədim zamanlardan Ramazan Bayramı xeyirxah işlər və möhtaclara qayğı ilə qeyd olunur, insanların özlərini inkişaf etdirmək istəyini təcəssüm etdirir”

Qeyd edək ki, bir qədər əvvəl Ramazan Bayramı günü 13 may günü Moskvanın üç əsas məscidi tərəfindən kütləvi qeyd edilməyəcəyi bildirilib. Bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi təşkilatının saytında məlumat verilib.

“Bayram namazı yalnız hər üç məscidin ruhanilərinin və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin işçilərinin iştirakı ilə keçiriləcək və onlayn yayımlanacaq”, – məlumatda deyilir.

Qərarın bayram namazı zamanı dindarların kütləvi infeksiya təhlükəsi ilə əlaqədar verildiyi bildirilir.