27 İyul 2024 03:37

İşğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı-FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadsöz.az-a  verilən məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə “UAZ” markalı avtomaşında olan 5 nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam Rayon Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparmaqla hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

 

İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənşəxslər saxlanıldı