22 May 2024 06:21

Prezident Naxçıvanda açılışlarda iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub.

Azadsöz.az  xəbər  verir  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına stansiya barədə məlumat verib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak edib.

Azadsöz.az  xəbər  verir  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına layihə barədə məlumat verib.

Dövlətimizin başçısı daha sonra ictimaiyyət nümayəndələri ilə görüşüb.

Azərbaycan Prezidenti görüşdə çıxış edib.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub.

Azadsöz.az  xəbər  verir  ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.

Azadsöz.az  xəbər  verir  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.

Azadsöz.az  xəbər  verir  ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verib.

***
Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlət başçısına raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olub.

Azadsöz.az  xəbər  verir  ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bundan başqa, İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib.

Azadsöz.az  xəbər  verir  ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib.

Azadsöz.az  xəbər  verir  ki,  dövlət başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verilib.