Azadsöz.az xəbər verir ki, 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş polkovnik Babək Səmidli, polkovnik-leytenant Vidadi Xəlilov və əsgər Tərlan İsmayılovun adları verilən küçələrin əsaslı təmirdən sonra açılışı olub.
Bununla bağlı keçirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak edib.Şəhidlərin adı verilən küçələrə yeni asfalt örtüyü döşənib, səkilər qoyulub, ətrafı abadlaşdırılıb.İlk öncə torpaqlarımızın azad olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, şəhidlərin adları verilmiş küçələrə xatirə lövhəsini övladları asıb.