Azadsöz.az xəbər verir ki, Real TV-nin təşkilatçılığı ilə lentə alınan “Dəmir Yumruq” adlı sənədli film mayın 6-da sosial izolyasiya qaydalarına uyğun olaraq,Göyçay rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı nümayiş olunub.
“Dəmir yumruq” sənədli filminin nümayişində rayon icra hakimiyyəti başçısının müavini, Dini Qurumlar üzrə Regional şöbənin əməkdaşı və rayonun gəncləri iştirak ediblər.Filmin nümayişindən ilk öncə Vətən müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb.
Xatırladaq ki, sosial izolyasiya qaydalarına riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında filmin nümayişi təşkil olunur.