Azadsöz.az xəbər verir ki, mayın 7-dən etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park”ın tikintisi layihəsinin II mərhələsinin tikintisi və Park ətrafı küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə bağlanır.
Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli açıqlamasında bildirib:
“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, – deyə qurum rəsmisi vurğulayıb.