27 İyul 2024 08:12

Niderlandda “Nizami Gəncəvi” poçt markaları nəşr edilib – Foto

Azadsöz.az  xəbər  verir  ki, Niderland Krallığındakı səfirliyimizin təşəbbüsü ilə Azərbaycanın böyük şairi və filosofu Nizami Gəncəvinin adına poçt markası nəşr olunub.Səfirliyimizin bu təşəbbüsü Nizami Gəncəvinin 880 illiyi çərçivəsində təşkil edilib. Poçt markası üzərində dahi şairimiz Nizami Gəncəvinin şəkli ilə bərabər “Nizami Ganjavi – 880” sözləri yazılıb.

Prezident İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, Niderlanddakı səfirliyimiz Azərbaycan şairi və mütəfəkkirinin bu ölkədə daha yaxından tanıdılması və təşviqi məqsədilə poçt markaları hazırlayıb.