Azadsöz.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Danışıqların detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Sergey Lavrov ötən gün Rusiyaya səfərə gedib. O, səfər çərçivəsində İrəvanda erməni həmkarı Ara Ayvazyanla görüşüb.