Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda baramaçılığın inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilməkdədir.Ötən gün Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 350 qutu barama qurdu rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin iştirakı ilə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə saxlanılacaq,200 nəfərdən çox kümçülər arasında bölünərək təhvil verilib.
Son illər rayon ərazisində ümumilikdə 53830 ədəd tut tingi əkilib. Əkilən həmin tinglərin 399000 ədədi Çin Xalq Respublikasından gətirilib. 131830 ədədi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən yerli tut tingləri olub.