Azadsöz.az xəbər verir ki, “Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası”nın təsdiq olunması ilə bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qaydanın məqsədləri kimyəvi silahın məhv edilməsinə dövlət nəzarətinin səmərəliliyinin artırılması, insanların sağlamlığının və ekoloji təhlükəsizliyin qorunmasıdır.