Azadsöz.az xəbər verir ki, Poverliftinq idman növü üzrə Azərbaycan çempionu Vaqif İbrahimov vəfat edib.
Bu barədə Cəlilabad Rayon Gənclər və İdman idarəsi məlumat yayıb.
İbrahimov Vaqif Əhədağa oğlu 42 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edilir ki, Vaqif İbrahimov poverliftinq idman növü üzrə dəfələrlə Azərbaycan çempionu olmuş, Respublika rekordçusu idi.