Fərqliliyimiz Uğurumuzdur

II Yelizavetanın həyat yoldaşı vəfat etdi

Azadsöz.az  xəbər  verir  ki, Böyük Britaniya kraliçası 2-ci Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu, şahzadə Filip vəfat edib.

Bu  barədə  Bukingem sarayı bildirib.

Qeyd olunur ki, 99 yaşlı şahzadə son illərdə sağlamlığı ilə bağlı problemlər yaşayırdı. O, son aylarda bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Böyük Britaniyada matəm elan olunub.