Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanın tanınmış kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin doğum günüdür. Ceyhun Mirzəyev 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub.
Ceyhun Mirzəyev on bir yaşında “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradıb. On iki yaşında “Ögey ana” filminə çəkilib.Kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib.”Mozalan”-ın bədii rəhbəri olub.
Güclü parodiya ustası kimi də tanınıb. “Mozalan”ın başlığında səslənən vızıltını da o səsləndirib.Azərbaycanda istehsal olunan 100-ə qədər filmdə C.Mirzəyevin əməyi var.Premyerasında belə iştirak edə bilmədiyi “Fəryad” filmi Ceyhun Mirzəyevin son kino əsəri olub.”Fəryad” filmindəki şücaətinə görə “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülüb.Ölümündən sonra Diplom və Priz verilibdir.
Ceyhun Mirzəyev 1993-cü ildə vəfat edib.Yasamal qəbiristanlığında torpağa tapşırılıb.