Azadsöz.az xəbər verir ki, bu gün Prezident Aparatının qarşısına toplaşan Vətən müharibəsində itkin düşən hərbçilərin ailə üzvlərini Baş prokuror Kamran Əliyev qəbul edib.
Baş prokuror Prezidentin tapşırığı ilə bu məsələ ilə məşğul olduqlarını deyib:
“Mən sizi nə işlər görüləcəyi ilə bağlı məlumatlandıracam. Ölkə Prezidentinin tapşırığı ilə bu məsələylə bütün əlaqədar dövlət qurumları məşğuldur, işləyirlər”.
Qeyd edək ki, hərbçilərin ailələri Prezident Aparatının qarşısında etiraz etdikdən sonra K.Əliyev həmin şəxsləri Baş Prokurorluğa qəbula aparıb. K.Əliyev bundan öncə də bir dəfə Vətən müharibəsində itkin düşən şəxslərin ailə üzvləri ilə görüşüb.