Azadsöz.az xəbər verir ki, Azərbaycanın xalq artisti, məhşur gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) bu gün saatlarında vəfat edib.
Bu haqqda onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb.
Xalq artisti yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.