Azadsöz.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əvvəlki sədri Əhməd Əhmədzadə 3 gün əvvəl dövlət başçısının sərəncamına əsasən, vəzifəsindən azad edilib.