Azadsöz.az xəbər verir ki, son günlər baxçaların bağlanması ilə bağlı mətbuatda xəbərlər yayılmaqda idi, bu da insanlar arasında çaşqınlıq yaradırdı.Belə ki, aprelin 5-dən Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin bağlanacağı ilə bağlı qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini vurğuladı.
Amma, sonra bağçaların da məktəblər kimi aprelin 5-dən fəaliyyətini dayandıracağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədi.
Xatırladaq ki, aprelin 3-də təhsil naziri Emin Əmrullayev canlı yayımda aprelin 5-dən sonra da sözügedən şəhərlərdə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini bildirdi.
Bildirək ki, Azərbaycanda dövlət bağçaları icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir.