22 Noyabr 2024 19:53

Qazilərimizə əlillik dərəcəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyindən-AÇIQLAMA

Azadsöz.az   xəbər  verir  ki, “Əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətində deyil”.


Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.


“Bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olan bir məsələdir. Qazilərimiz ora müraciət etməzdən öncə onların şəhadətləndirilməsi lazımdır. Bu MN-nin Mərkəzi Həkim Komissiyasında şəhadətləndirilir. Şəhadətnamə alandan sonra Forma-88 sistemə daxil edilir. Ondan sonra əlilik məsələlərinə ƏƏSMN-də baxılır”, – o, qeyd edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul