Azadsöz.az xəbər verir ki, 06.11.1999-ci ildə anadan olan Göyçay rayonu Hüseyn Cavid küçəsində yaşayan Qasımova Gülər Seymur qızının köməyə ehtiyacı var.Artıq dörd ildir ki, hər iki böyrəyi normal fəaliyyət göstərə bilmədiyindən səhhətində ciddi geriləmə özünü göstərir. Gülər Qasımova Bakıda doqquz dəfə əməliyyat olunmağına baxmayaq, səhhətində müsbət irəlləyiş əldə olunmayıbdır.Özünün bildirdiyinə görə, günü-gündən vəziyyətində ağırlaşmalar müşahidə olunur. Gündəlik istifadə etdiyi dərmanlar köməyinə çatmır.
Gülər Qasımova vurğulayır ki, xəstəliyinə əlac Almaniyada mümkündür. Xəstəliyi kimi imkanlarıda tükəndiyindən qeyd etdiyi ölkəyə gedib, şəfa tapa bilmir. Əlacsız qalan Gülər xanım televiziya verilişlərinin birinə üz tutsa da, səsinə səs verən olmayıbdır.
Gəlin unutmayaq ki, hər birimiz bu fani dünyada qonağıq.Haqq dünyasına aparacağımız yalnız xoş əməllərimiz olacaq. Gülər Qasımovanı xəstəliyin əlindən qutarmaq üçün hər kəsi yardım etməyə səsləyirəm. Sözlərimi Gülər Qasımovanın özünün sosial şəbəkə hesabında bölüşdüyü sözlərlə bitirmək istəyirəm:
“Böyrək xəstəliyimdən 4 ilə yaxındır əziyyət çəkirəm.Son vaxtlar ağrılarım dəhşət çoxalıb.Bu ağrıları heç kimə arzu etmirəm.İnsanı həyatdan küsdürür,yaşamaqdan bezdirir.Hər kəs gecəni mışıl-mışıl yatakən mən ağrılarımla baş-başa qalaraq Allahımla söhbət edirəm.Bu ağrılardan xeyirlisi ilə azad olub, sağalmağımı dua edirəm Allaha. Ümüdüm varmı? Əlbətdə var.Allahdan ümüd kəsilməz.Ümüd edirəm əlimdən tutub sağalmağımda vasitəçi olan biri çıxacaq Allahın izni ilə.Şəfa verən.
Mən öldükdən sonra Allaha şikayət edəcəm bu imkanı olanları məni görüb amma imkanı olduğu halda susurlar. Allaha şikayət edəcəm. Axı nolar ki, mənə kömək edib, savab qazanasınız məndə ağrısız həyat yasayam. Niyə axı görməməzlikdən gəlirsiniz?. Heç kim ödəyəcəyi məbləğlə nə varlı nə kasıb olmayacaq, amma dama-dama göl olaraq bir insanın yaşamasında vasitəçi olacaqsınız. Allaha inanın ki, ediyiniz hər yardımın Allah sizə əvəzin verəcək.Artıq vaxt əleyhimə işləyir məni ayağa qaldırın çox ağrılar çəkirəm, çox əziyyətlər çəkirəm. Öncədən dəstək olan hər bir kəsə sonsuz təşəkkür edirəm. Sizin ödəyəcəyiniz 5-10 manat mənə həyat verəcək. Və sən gözəl insan mənim yaşamağım üçün mənə dəstək olarsan?”