Azadsöz.az xəbər verir ki, “Real” yay transfer pəncərəsində 9 futbolçusunu satmağa hazırdır. Bu barədə “The Times” nəşri məlumat yayıb. Bildirilib ki, Madrid təmsilçisinə PSJ-dən Kilian Mbappe və ya “Borussiya”dan (Dortmund) Erlinq Haallandı almaq üçün vəsait lazımdır .
“Real”ın buna görə Qaret Beyl (“Tottenhem”də icarədədir ), yarımmüdafiəçi Daniel Sebalyos (“Arsenal”da icarədədir), Luka Yoviç (“Ayntraxt”da icarədədir), Martin Edeqor (“Arsenal”) daxil olmaqla, doqquz futbolçusunu satmaq niyyətindədir.
Qeyd edək ki, “Real” La Liqada 28 turdan sonra 60 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Atletiko”dan 6, 2-ci “Barselona”dan 2 xal geridədir.