Azadsöz.az xəbər verir ki, Lənkəranda 73 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb. Hadisə Lənkəran şəhəri ərazisində Rövşən Bayramov küçəsi, ev 29 ünvanında qeydə alınıb.
Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova oğlunun hücumuna məruz qalıb. Nəticədə bıçaq xəsarəti alan qadın təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.