Azadsöz.az xəbər verir ki, “İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri və təhlükəsizlik qüvvələrinin 11 min hərbçisi və əməkdaşı yaralanıb”.Bunu Ermənistan Müdafiə Nazirliyi Hərbi-Tibbi İdarəsi rəisinin müavini Qeqam Paşikyan martın 28-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2020-ci il sentyabr-oktyabr aylarında yaralananların 55 faizinin vəziyyəti yüngül, 26 faizi orta, 7 faizi ağır, 2 faizi çox ağırdır.