Azadsöz.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb. Bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. Hər iki mütəxəssis Superliqanın 31-ci turunda “Rizəspor”la oyundan sonra hakimləri təhqir etdikləri üçün 2 oyunluq diskvalifikasiya olunub. Bundan başqa, onlar 13 min TL (təqribən 2770 AZN) cərimələniblər.
Beləliklə, Terim və Davala Superliqanın növbəti turlarında “Hatayspor” və “Fatih Karagümrük”lə oyunlarda texniki zona və paltardəyişmə otağında olmayacaqlar.