Azadsöz.az xəbər verir ki, Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kante sıradan çıxıb. Bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Kantenin DÇ-2022-nin seçmə mərhələsində Ukrayna ilə oyunda sol bud nahiyəsindən zədələndiyi bildirilib. Yığmadan ayrılaraq ətraflı müayinə üçün klubu “Çelsi”nin düşərgəsinə qayıdan futbolçu Fransanın Qazaxıstan, eləcə də Bosniya və Herseqovina ilə oyunlarını buraxacaq.