Azadsöz.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin millimizin yer aldığı A qrupunda keçirilən Serbiya – İrlandiya oyunu (3:2) meydan sahiblərinin hücumçusu Aleksandr Mitroviç üçün əlamətdar olub.
Matçın 63-cü dəqiqəsində meydana daxil olan forvard dubl edərək millidəki qol sayını 38-ə çatdırıb. Bununla da Mitroviç bu göstəricidə yığmanın keçmiş üzvü Stefan Bobekin rekorduna şərik olub.
Stefan Bobek 1946-1956-cı illərdə o vaxt Yuqaslaviya adlanan ölkənin millisində çıxış edib.