Azadsöz.az xəbər verir ki, tanınmış teleaparıcı Aytən Səfərova koronavirusa yoluxub. Aparıcı bununla bağlı sosial şəbəkədə video paylaşıb.
Məhşur teleaparıcı bildirib ki, “Test verdim və COVID-19 testinin nəticəsi müsbət çıxdı. Artıq öskürək başlayıb. Öskürən zaman elə bilirəm ki, nəfəsim gedəcək və gəlməyəcək. Bax belə ifadəsi çətin bir hiss var. Getdikcə vəziyyətim ağırlaşır. Amma ümid edirəm ki, yaxşı olacaq. Kim indi xəstədirsə, yastığınız yüngül olsun. Özünüzü, övladlarınızı qoruyun”.
Xatırladaq ki, A.Səfərova müalicəsini evdə izolyasiya şəraitində davam etdirir.