06 May 2024 19:33

Fərqliliyimiz Uğurumuzdur

Bakıdakı bu yollarda hərəkət məhdudlaşdırılır

Azadsöz.az  xəbər  verir  ki,  aparılan cari təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır. 


Bununla  bağlı  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.


Bildirilib ki, sürücülərdən sözügedən ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.