Azadsöz.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayında kadr dəyişikliyinin olunması üçün, müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə polis kapitanı Elnur Zeynalov YPX Alayının 9-cu tağımının komandiri vəzifəsindən azad olunaraq, 13-cü tağıma (Bərdə postuna) komandir təyin edilib.
Nazirin digər əmri ilə polis leytenantı Zaur Məmmədov Alayın 9-,cu tağımına (Şəmkir postuna) komandir vəzifəsinə təyin edilib.