Azadsöz.az xəbər verir ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni icraçı direktor təyin olunub. Bu vəzifəyə Tural Abbasov təyinat alıb.
T.Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun qardaşıdır.
Qeyd edək ki, Orxan Abbasov bu ilin iyul ayında icra başçısı vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Orxan Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru olmuş İrşad Abbasovun oğludur.