06 Noyabr 2024 03:17

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirildi

Azadsöz.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) vasitəsi ilə sərhədkeçmə müddəti çərçivəsində nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasına sərf olunan vaxt ötən ilin eyni dövrü ilə müqayisədə 53 % müsbət dinamika müşahidə olunmaqla 55 dəqiqədən 26 dəqiqəyə endirilib.

Qeydiyyat prosesi 30 dəqiqəyə qədər tamamlanan nəqliyyat vasitələrinin payında da artım müşahidə olunub.

“Ümumi nəqliyyat vasitələrinin 49 %-nin qeydiyyatının 30 dəqiqə ərzində tamamlandığını nəzərə alsaq, bu ilin müvafiq dövründə artıq 66 % nəqliyyat vasitəsinin qeydiyyatı tamamlanıb ki, bu da 18% müsbət dinamikanın göstəricisidir”, – deyə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası bəyan edib.