24 Noyabr 2024 14:03

Zərdab rayonunda qanunsuz ağac kəsən və ov edən şəxslər saxlanılıblar

Azadsöz.az xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Məlikli kəndi ərazisində qanunsuz olaraq ağac kəsən A.İsmayılov və K.Mahmudov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların 5 ədəd yaş gövdəli ağacı kəsərək təbiətə 6 min manat ziyan vurduqları müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmçinin rayonun Otmanoba kəndi ərasizində qanunsuz ov edən Ə. Rüstəmov və S.Müslümov da saxlanılıb. Həmin şəxslərdən ov tüfəngləri, patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkar edilərək götürülüb.
Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Ankara escort İstanbul Travesti Shemale İstanbul